AZ   |   RU
Xarkovda Mədəniyyət evi bombalandı - Yaralılar var


Rusiya hərbçiləri Xarkov vilayətinin Lozova şəhərinin mərkəzinə raket zərbəsi endiriblər.

Missiya.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, raket zərbəsi nəticəsində biri uşaq olmaqla 7 nəfər yaralanıb. 

Raket şəhərin mərkəzində yerləşən mədəniyyət evinə düşüb. 

Xarkov vilayətinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, yanğın söndürülüb və dağıntılar təmizlənir.

  • 20-05-2022, 21:45