AZ   |   RU
Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Azərbaycana gəldi


Mayın 15-də Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi parlament nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Missiya.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan parlament nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, hər iki ölkənin səfirləri Hüseyn Quliyev, Bahrom Aşrafxanov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti ölkəmizdə bir sıra rəsmi görüşlər keçirəcək, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edəcək.
Rəsmi səfər mayın 19-da başa çatacaq.

  • 15-05-2022, 11:09