AZ   |   RU
Tərbiyəsizlərin çağırışı ilə küçəyə çıxanların əxlaqsızlıq şüarları altındakı fiasko aksiyası
Bu gün bir qrup şəxs Fəvvarələr meydanında etiraz aksiyası keçirməyə cəhd göstərib. Ona görə cəhd göstərib yazırıq ki, aksiyada iştirak edən insanların sayı həmin an şəhərə gəzməyə çıxan, yaxud o ərazidən keçənlərin sayına qarışmışdı, bilinmirdi, aksiyadır, yoxsa fləşmob. Adətən aksiyada etriazçılarla etiraz etməyənlər bir arada olmurlar. Fəvvarələr meydanının seçilməsində məqsəd də şəhər sakinlərinin dinc gəzintisindən sui-istifadə edərək sayı çoxaltmaq idi.
 
Bu aksiyanın keçiriləcəyi ilə bağlı 20 gündən çoxdur sosial şəbəkələrdə xüsusi adamlar tərəfindən çağırşlar səslənirdi. Bu çağırışılara rəğmən meydana çıxanların sayı gərək 10 min nəfərdən çox olaydı, reallıqda isə yüz dəfə aşağı göstərici qeydə alındı. 
İki sadə səbəb var:

1. İnsanlar etiraz etməyə lüzum görmürlər;
2. Etiraza çağıranlar xaraktercə səviyyəsizlik nümayiş etdirməklə, konkret söyüş söymək, tərbiyəsiz davranış sərgiləməklə məşğuldurlar. 

İzah edək: İnsanlar nəyə etiraz etsinlər? Qarabağ işağldan azad olunub. Əbədi sülhə nail olamaq üçün ciddi proses gedir. Dünya müharibəyə düçar olduğu bir ərəfədə Azərbaycanda dinc həyat mövcuddir. Qiymətərdə yaşanan artıma qarşı adekvat tədbirlər görülür. İnsan haqqları sahəsində yaşanan pozuntular nəzarətə götürülür və səbəbkarlar cəzalandırılır, yaxud cəzalandırılmaqdadırlar. Son günlər ictimai fəal Bəxtiyar Hacıyev və jurnalist Aytən Məmmədovaya qarşı naməlum şəxslərin zorakılıq etməsi faktı da yüksək səviyyədə araşdırılır. Cinayət əməlini törədənlərin tapılacağı şübhə yaratmır. 

Ölkə qalib gəldiyi müharibənin ağrılarını, acılarını aradan qaldırmaqla məşğuldur, paralel olaraq işğaldan azad edilən yurdlarımızda tikinti-quruculuq işləri gedir, Böyük Qayıdışa hazırlıq görülür. Şəhid ailələri və qazilər də hər gün diqqət mərkəzindədirlər, müxtəlif növ qayğı ilə əhatə olunurlar. 


Belə olan təqdirdə insanlar niyə küçəyə çıxsınlar. Onsuz da Prezident ictimai nəzarətin güclənməsində şəxsən maraqlıdır və ictimai səviyyədə etiraza səbəb olan  problem mütləq həllini tapır. Sivil cəmiyyət bəs necə olur, bəs necə qurulur? 


Etirazçılar isə ümimi fikirlər səsləndirərək meydanda çığırmaqları ilə yadda qalırlar. Bir də onunla yadda qalırlar ki, onları küçəyə çıxmağa tərbiyə və əxalq cəhətdən maksimum səviyyədə səviyyəsizlik edən xaricdəki ünsürlər çağırır. Belə ünsürlərin nəinki sözünə əməl etmək, onları dinləmək böyük günah və bağışlanmaz səhvdir.


Aksiyada biabrıçı şüar da qaldırmışdılar. Adam onu təkrar yazmağa da utanır amma fakt faktlığında qalır: Şüar belə idi: "Petuxlar mafiya sistemə qarşı". Azərbaycan mədəniyyətinə qəti şəkildə xas olmayan bu ifadənin müəllifi təbii ki, LGBT-çiələrdir. Neyləyək, cəmiyyəti nə kişi, nə qadın ola bilməyənlərə verək? Belə xəstə təfəkkürlü insanları yuxarı başa çıxaraq? Mental dəyərlərimizə, kişilik ənənələrimizə, xanımlıq davranışlarımıza, müharibədə qəhrəmanlıq edən igidlərimizin geninə xəyanət edək? 

Məgər aksiyada xaricdən – ABŞ, Rusiya və bu kimi ölkələrdən maliyyələşən informasiya mənbələrinin hansı dərəcədə canfəşanlıq etdiyini görmədikmi? Necə olur, Azərbaycan dövlətini, millətini, xalqını aşağılayan hər hans hadisə baş verəndə xarici KİV orqanları başa keçir, ancaq əzəli-əbədi yurdlarımızı işğaldan azad edəndə, bu gün oraları minalardan təmizləyəndə, təkbaşına qurub-yaradanda həmin orqanlar susurlar, hətta əleyhimizə təbliğat aparırlar. 

Aksiyada polisin etik davranışı da diqqət çəkdi. Etirazçılar qışqırr, heç bir məntiqə və mənaya sığımayan ifadələr söyləyir, polis isə əsayişi qorumaqla kifayətlənirdi. O xarici media orqanları bu fakta da diqqət çəkəcəklərmi? Əlbəttə yox. Onlar Azərbaycann adının hər yerdə mənfiyə çəkilməsində maraqlıdırlar. 




Bir nüans da diqqəti cəlb etdi. Bir qrup etirazçının əksəriyyətinin əynində jurnalist gödəkçəsi vardı. Maraqlısı odur ki, onlar da etiraz edirdilər. Əgər jurnalistsənsə, niyə mövqe qoyursan? Yox əgər aksiyaçısansa, niyə jurnalist gödəkçəsi geyinmisən? Məsələnin bir incə tərəfi də odur ki, gödəkçəlilərin əksəriyyəti media orqanının təmsilçisi deyil, hansısa sosial şəbəkə istiafdəçisidir.  Sosial şəbəkə istiafdəçisinin jurnalist geyimində olması da absurd haldır. Yəqin Mətbuat Şurası, Medianının İnkişafına Dəstək Agentliyi bu fakta münasibət bildirəcək. 


Əslində belə aksiyalar təşkil edənlər özlərinin nə qədər zəif olduqlarını göstərirlər.  Aksiyanı hansı qüvvələrin təşkil etdiyi də məlum olmadı. Etirazçılar içərisində radikal müxalifət partiyasınn bir neçə təmsilçisi də var idi. Söyüş dağarcığı olanlar da aksiyanın təşkilatçıları hesab edilir. İndi necə başa düşək: təhqiri  yaşam tərzi seçən tərbiyəsizlərlə radikal müxalifət bir amala qulluq edir? Bu amalın adı nədir? LGBT-çilər də həmin amalın nüvələridirsə, onda sizə nə ad verək ki, mahiyyətinizi tam açsın? Hələ ki, belə bir ad tapılmayıb. Əgər özünüz özünüzü yaxşı tanıyırsınızsa, adınızı cəmiyyətə bəyan edin, sizin də canınız dincəlsin, dövlətin də. 
 
Anar İsaoğlu 


  • 14-05-2022, 17:17