AZ   |   RU
Rusiyada “Ölümsüz alay” yürüşündə müharibə əleyhinə plakat daşıyan qadın saxlanılıb


Moskva vilayətinin Korolyov şəhərində “Ölümsüz alay” yürüşünün iştirakçısı üzərində qohumunun fotoşəkili və müharibə əleyhinə yazılar olan plakat daşıyan şəxs saxlanılıb.

Missiya.Az
meduza.io-ya istinadən xəbər verir ki, bu barədə saxlanılan Yekaterina Voroninanın özü məlumat verib.
Qadının sözlərinə görə, o, izdihamın arasından çıxarılıb və sonra şəhərin mərkəzi polis bölməsinə aparılıb. Bundan sonra idarə binasının bütün giriş və çıxışları bağlanılıb.

Qadının nədə ittiham olunduğu hələlik bəlli deyil.

Qeyd edək ki, Voroninanın plakatında hərbi medallar fonunda “O, bunu təkrarlamaq istəmirdi”, “Babalar deyirdi: Təki müharibə olmasın!” kimi şüarlar yazılıb.

  • 9-05-2022, 22:29