AZ   |   RU
Yasamal rayonunda yaşıl zonalar artırılır


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99 illiyi münasibətilə Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Yasamal bələdiyyəsi rayonun müxtəlif ərazilərində agacəkmə aksiyası keçirib.

Missiya.Az
Yasamal Rayon İcra Hakimiyyətinin saytına istinadən xəbər verir ki, aksiya çərçivəsində Yasamal rayonun Mətbuat prospekti, Əsəd Əhmədov küçəsi, 52 nömrəli tam orta məktəbin həyəti və digər ünvanlarda müxtəlif növ agaclar əkilib. Eyni zamanda qurumuş agaclar yeniləriylə əvəz edilib, onlara texniki xidmət göstərilib.Aksiyada Yasamal bələdiyyəsinin rəhbərliyi və əməkdaşları fəal iştirak ediblər.



  • 9-05-2022, 18:28