AZ   |   RU
G-7 ölkələri Rusiyadan neft idxalını dayandırmağı öhdəsinə götürüb
G7 ("Böyük Yeddilik") ölkələri Rusiya neftinin idxalını mərhələli şəkildə dayandırmaq və ya qadağan etmək öhdəliyi götürüblər.

Missiya.Az
xəbər verir ki, report bu barədə Ağ Evin saytında dərc edilmiş bəyanata istinadən məlumat yayıb. 

“Bu, Putinin iqtisadiyyatının əsas arteriyasına ağır zərbə vuracaq və onu müharibəni maliyyələşdirmək üçün lazım olan gəlirdən məhrum edəcək. G7 həmçinin qalıq yanacaqlardan asılılığı azaltmaq üçün səylərimizi gücləndirərkən sabit qlobal enerji təchizatını təmin etmək üçün birgə işləmək öhdəliyi götürdü”, - bəyanatda vurğulanır.

Qeyd edilir ki, G7 qalıq yanacaqlardan qlobal asılılığın azaldılması tempini sürətləndirməyə hazırlaşır. G7-yə üzv ölkələr qeyd edib ki, “təmiz enerji” yanaşması iqlim dəyişikliyi ilə mübarizə konsepsiyasına uyğundur.

  • 8-05-2022, 20:53