AZ   |   RU
Kamran Əliyev İtaliyaya səfər edib

İtaliyanın Baş prokuroru Covanni Salvinin dəvəti ilə Baş prokuror Kamran Əliyev Palermoda keçirilən Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak edir.

Baş Prokurorluqdan Missiya.Az-a verilən xəbərə görə, Tarixi Norman Ədalət sarayında işinə başlayan tədbiri açıq elan edən İtaliyanın Baş prokuroru Covanni Salvi müasir dövrün çağırışlarına uyğun olaraq prokurorluq sisteminin inkişafı, insan hüquqlarının qorunmasında prokurorluğun rolu, mütəşəkkil cinayətkarlığa və cinayətkar qruplara, xüsusi ilə mafiyaya qarşı mübarizədə, kibercinayətkarlıq, rəqəmsal valyutalardan istifadə etməklə törədilən cinayətlər və digər sahələrdə prokurorluqlar arasında beynəlxalq əməkdaşlığın vacibliyini vurğuladı.

Konfransın plenar sessiyasında əsas hüquqların müdafiəsi kontekstində prokurorların müstəqilliyi, qərəzsizliyi və hesabatlılığı mövzusunda çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması istiqamətində aparılan mütərəqqi islahatlar haqda məlumat verib. Prokurorluq orqanlarında həyata keçirilən islahatlar çərçivəsində kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr haqda iştirakçılara məlumat verilib.

  • 5-05-2022, 19:23