AZ   |   RU
Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığı qardaş ölkə mediasının diqqət mərkəzində olub

Mayın 2-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı qardaş ölkə mediasının diqqət mərkəzində olub.

Missiya.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, Anadolu Agentliyi, “TRT Haber”, “Haber Global”, “A Haber”, “CNN Türk” telekanalları, “Yeni şafak”,”Milliyet” və s. qəzetlər başda olmaqla, ölkənin aparıcı kütləvi informasiya vasitələri, eləcə də əyalət media orqanları telefon danışığı barədə ictimaiyyətə geniş məlumat veriblər.

Məlumatlarda Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən video və fotolardan istifadə olunub.
Diqqətə çatdırılır ki, prezidentlər Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, qardaş Azərbaycan və Türkiyə xalqlarına ən xoş arzularını çatdırıblar. Prezident İlham Əliyev Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Azərbaycana səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib.

  • 2-05-2022, 20:00