AZ   |   RU
Almaniya kanslerinin təyyarəsi Rusiya hava məkanından istifadə etməmək üçün Şimal Qütbündən keçdi

Yaponiyaya səfərini başa vuran Almaniya kansleri Olaf Şolzun təyyarəsi Rusiya hava məkanından istifadə etməmək üçün Şimal qütbünü keçib.

Missiya.Az
ria.ru-ya istinadən xəbər verir ki,  məlumata görə, kanslerin Airbus A350 “Kurt Şumaxer” təyyarəsi təxminən saat 13.00-da (Moskva vaxtı ilə 14.00) Qütbü keçib.  

Təyyarə Alyaskadan keçib, sonra qərbə dönüb, Şimal Buzlu Okeanın üzərindən uçaraq Finlandiyadan keçərək Almaniyaya çatıb.

Beləliklə, təyyarə 12,3 min kilometr yol qət edib, 13 saat yarım havada qalıb.

Elvin
Missiya.Az


  • 30-04-2022, 12:10