AZ   |   RU
DİN yeniyetmələrin döyülməsi ilə bağlı araşdırmalara başladı

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə yeniyetmə oğlanın döyülməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

Missiya.Az
xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən report-un sorğusuna cavab olaraq bildirilib ki, nazirlik yayılan videogörüntülərlə bağlı məlumatlıdır.

Qeyd edilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, “TikTok” sosial şəbəkəsində bir neçə yeniyetmənin həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, döydükləri və təhqir etdikləri barədə videogörüntülər paylaşılıb.


  • 30-04-2022, 10:44