AZ   |   RU
Nizami rayonunda şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə sistemli iş aparılır - FOTO
Bakının Nizami rayonunda milli qəhrəman Ərəstun Mahmudov adına 220 saylı məktəbdə şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan guşənin açılış mərasiminə hazırlıq işləri başlayıb. 

Missiya.Az xəbər verir ki, bu gün 220 saylı məktəbin direktoru Lətifə Əzimova və müəllim heyəti, 229 saylı məktəbin direktoru Vüsalə Məmmədova, eləcə də sözügedən guşənin ərsəyə gətirilməsinin dəstəkçilərindən olan Missiya Media Qrupunun nümayəndələri məktəb meydanında düzənlənəcək təntənəli açılış mərasiminə dair fəaliyyət proqramı və texniki təminat məsələləri ilə bağlı müzakirə aparıblar.  

Hazırda layihə üzrə son tamamlama işləri icra olunur.  Açılış mərasiminin növbəti həftə keçirilməsi planlaşdırılıb. 

Qeyd edək ki, bundan əvvəl analoji layihə milli qəhrəman Yuri Kovalyov adına 229 saylı və 250 saylı məktəblərdə icra olunub. Bu tip xatirə güşələri hazırda Nizami rayonunun digər məktəblərində də yaradılır. 

Ötən həftə Nizami rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri də layihələr üzrə aparılan işlərə baxış keçiriblər. 

Şəhidlərin xatirəsini  əbəbdiləşdirmək məqsədilə Nizami rayonunda aparılan işlər bilavasitə dövlətin şəhid ailələrinə yüksək münasibətindən və rayon İcra Hakimiyyətinin sistemlı fəaliyyətdən irəli gəlir.



  • 18-04-2022, 16:57