AZ   |   RU
Pakistanın yeni baş naziri bu şəxs ola bilər - Onun Türkiyəyə qarşı mövqeyi necədir? - FOTO


Pakistanın baş naziri İmran Xan istefaya göndərildikdən sonra onun yerinə kimin seçiləcəyi ətrafında müzakirələr başlayıb. Pakistan mediası yazır ki, baş nazirliyə ən real namizəd Pakistan Müslüman Birliyinin lideri Şahbaz Şerifdir. 

Missiya.Az xəbər verir ki, Türkiyə mediası Şahbaz Şərifin öz ölkələri ilə bağlı mövqeyini dərc edib. 

Media yazır ki, Şahbaz Şərif Pəncab əyalətinin baş naziri olduğu dövrdə Türkiyə ilə bağlı çox ədalətli mövqe nümayiş etdirib. Şahbaz Şərif FETÖ məktəblərini bağlayıb, müxtəlif dövrlərdə “Türkiyənin düşməni, Pakistanın düşmənidir”, “Türkiyə üçün yaxşı olan, Pakistan üçün də yaxşıdır, Türkiyə üçün pis olan, Pakistan üçün pisdir” ifadələrini işlədib. 

Qeyd edək ki, sabah Pakistanda yeni baş nazir seçkiləri keçiriləcək. 



Elvin
Missiya.Az


  • 11-04-2022, 12:55