AZ   |   RU
Kəlbəcərdəki çovğunda itkin düşən zabitimizin - Fotosu

Xəbər verdiyimiz kimi, Kəlbəcərin Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun ərazidə istiqaməti itirərək azan 4 hərbi qulluqçudan biri baş leytenant Bağırov Fuad Allagverdi oğlunun axtarışları davam etdirilir.

Missiya.Az itkin düşən zabitlə bağlı bəzi məlumatları əldə edib.

Əldə etdiyimiz məlumata görə, Fuad Bağırov əslən Şirvan şəhərindən olsa da, ailəsi ilə Gəncədə yaşayır. Onun bir qız, bir oğul övladı var. Zabitimizin qızı 3 ay öncə dünyaya gəlib.

Qeyd edək ki, Kəlbəcərin Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd hərbi qulluqçumuz - baş leytenant Bağırov Fuad Allahverdi oğlu, MAXE, kiçik çavuş Hüseynov Cavad Rauf oğlu, əsgər Hüseynov Maşallah Rövşən oğlu və əsgər Kərimov Yasin Yavər oğlu ərazidə istiqaməti itirərək azıb. Keçirilən axtarışlar nəticəsində bu gün səhər C.Hüseynov, M.Hüseynov və Y.Kərimov tapılıb və hospitala yerləşdirilib. Baş leytenant F.Bağırovun tapılması məqsədilə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

  • 29-01-2022, 20:22