AZ   |   RU
5 ay öncə itkin düşən kişi axtarılır

Salyan rayonunda 5 ay öncə itkin düşən kişi axtarılır.

DİN Mətbuat xidmətindən Missiya.Az-a verilən məlumata görə, rayonun Kolanı kənd sakini, 38 yaşlı Müslüm Xəlilov 2021-ci ilin sentyabr ayının 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Müslüm Xəlilovun əlamətləri belədir: boyu 174 sm., arıq bədən quruluşlu, saçlarının rəngi qaradır.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.


  • 28-01-2022, 17:14