AZ   |   RU
Koçaryanın tərəfdarı təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldı
Ermənistan polisinin keçmiş ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sayat Şirinyan saxlanılıb.

Bu barədə onun vəkili Benik Qalstyan bildirib. Onun sözlərinə görə, “qara maskalılar” Şirinyanı evindən çıxararaq naməlum istiqamətə aparıblar: 

“Onu təxminən saat yarım əvvəl, ehtimal ki, təhlükəsizlik qüvvələri aparıb. Lakin mən artıq Milli Təhlükəsizlik Xidmətində, mərkəzi və İrəvan polis idarələrində idim və o, heç yerdə yoxdur”.

Qalstyanın sözlərinə görə, Şirinyanın nədə ittiham edildiyi məlum deyil. 2020-ci ilin dekabrında məhkəmə feysbuk səhifəsində zorakılığa təşviq edən çağırışlarına görə saxlanılan Şirinyanı həbsdən azad edib. Şirinyan ölkənin eks-prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” müxalifət blokunun üzvüdür.

“Qafqazinfo”

  • 24-01-2022, 20:42