AZ   |   RU
Türkiyə xüsusi təyinatlıları Suriyada 10 terrorçunu məhv edib
Türkiyə ordusu Suriyanın şimalında PKK/YPG-nin 10 terrorçusunu zərərsizləşdirib.

Missiya.Az
xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçular “Barış Pinarı" əməliyyatı zonasını atəşə tutmağa hazırlaşarkən məhv edilib.

Uğurlu əməliyyat Türkiyə xüsusi təyinatlıları tərəfindən həyata keçirilib.

Nazirlik Türkiyə ordusunun bölgədə vəziyyətin sabitliyinin pozulmasına imkan verməyəcəyini vurğulayıb.

  • 23-01-2022, 10:18