AZ   |   RU
Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirildi
Avropa Parlamentinin sədri David Sassoli İtaliyada xəstəxanaya yerləşdirilib.

Bu barədə Sassolinin mətbuat katibi Roberto Kuillo məlumat yayıb. O bildirib ki, siyasətçi immunitet sisteminin disfunksiyası nəticəsində yaranan fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilib.

“Sassoli dekabrın 26-da İtaliyadakı tibb müəssisələrindən birinə yerləşdirilib. Bununla əlaqədar olaraq, Avropa Parlamenti sədrinin istənilən rəsmi fəaliyyətinə xitam verilib”, - deyə Kuillo qeyd edib.

  • 10-01-2022, 20:11