AZ   |   RU
Xarici mətbuat azərbaycanlının uğurlarından yazdı

İsveçin "Hudiksvall" qəzeti azərbaycanlı Vüsal Əmirovun uğurlarından yazıb.

16 ildir ki, İsveç krallığının Hudiksvall şəhərində yaşayan və burada uğurlu iş quran Vüsal Əmirov yerli medianın diqqətini çəkib. Bu barədə diasporçu-ekspert Elnur Eltürk məlumat verib. Yerli "Hudiksvall" qəzeti onun uğurlarından yazıb.

Qəzet onun qazandığı uğurlarından və yerli əhali ilə çox səmimi ünsiyyət qurduğunu bildirib. Məqalədə Vüsal Əmirovun pizza dükanı, bərbərxana, telefon təmiri yeri və market açdığını və işi daha da böyüdəcəyini yazıb.

  • 10-01-2022, 15:02