AZ   |   RU
Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb, 2 nəfər xəsarət alıb

Azərbaycan Ordusunun hərbi maşını qəzaya düşüb, 2 nəfər xəsarət alıb.

Missiya.Az xəbər verir ki bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 17.40-da hərbi maşının idarəetməni itirməsi nəticəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb. Hər iki hərbi qulluqçumuzun həyatları üçün heç bir təhlükə yoxdur.

  • 5-01-2022, 20:18