AZ   |   RU
“Bu, Türkiyə üçün rekorddur” - Ərdoğan

2021-ci ildə Türkiyənin ixrac həcmi $225,36 mlrd. təşkil edib ki, bu da respublika üçün rekord göstəricidir.

Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı bildirib.

“Əvvəlki illə (2020-red.) müqayisədə ixrac həcmi 32,9 faiz artıb və 225,36 milyard dollar təşkil edib. Bu, rekorddur”, - ölkə başçısı deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyənin xarici ticarətinin həcmi 87,6 milyard dollardan (2002-ci il) 496,7 milyard dollaradək (2021-ci il) artıb. Ölkənin xarici ticarət kəsiri ötən illə müqayisədə 7,8% - 45,9 mlrd.-dək azalıb, ixracın idxala nisbəti isə 83,1%-dək artıb

  • 3-01-2022, 14:48