AZ   |   RU
Azərbaycan Prezidenti Kubanın dövlət başçısını Azadlıq Günü münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu göndərib.

Missiya.Az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Kuba əlaqələrinin inkişafı məmnunluq doğurur. COVID-19 pandemiyası ilə əlaqədar ölkələrimizin səmərəli əməkdaşlığını xüsusilə qeyd etmək istəyirəm.

İnanıram ki, Azərbaycan ilə Kuba arasındakı dostluq münasibətləri birgə səylərimizlə bundan sonra da uğurla inkişaf edəcək, BMT və Qoşulmama Hərəkatı da daxil olmaqla çoxtərəfli təsisatlarda əməkdaşlığımız davam edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kuba xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


  • 31-12-2021, 15:15