AZ   |   RU
Türkiyənin S-400 HHM sistemləri istifadəyə hazırdır

“Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri istifadəyə hazırdır”. 

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsinin üzvləri qarşısında çıxış edən Akar bildirib ki, S-400-lər yerindədir və istifadəyə hazırdır.

“Ölkənin hava məkanına təhlükə yaranarsa, bir saat ərzində hava hücumundan müdafiə sistemləri yerləşdiriləcək. Hər hansı formada belə bir təhlükə yaranarsa, Türkiyə onu yerləşdirəcək və ölkəmizin hava hücumundan müdafiəsinin harada həyata keçiriləcəyinə qərar verdikdən sonra tətbiq edəcək”, - deyə Akar vurğulayıb.

“Ankara Amerikanın F-16 qırıcılarının alınması üçün səy göstərir. Əgər sövdələşmə baş tutmasa, Ankaranın başqa variantları var”, - deyə türkiyəli nazir qeyd edib.


Daşqın Həsənov
Missiya.Az
 
 
 


  • 23-11-2022, 10:18