AZ   |   RU
“Bizim tək hədəfimiz terrorçulardır” - Hulusi Akar təlimat verdi

Türkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri komandanlarının müşayiəti ilə sərhəd bölmələrində keçirdiyi yoxlamalardan sonra videokonfrans keçirib.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, İraqın şimalındakı Zap bölgəsində həyata keçirilən "Pəncə Kilid" əməliyyatına qatılan birlik komandirləri ilə videokonfrans keçirən Akar bölgədəki son vəziyyətlə bağlı məlumat alıb.

“Terrorçular zərərsizləşdirilənə qədər mübarizəmizi davam etdirəcəyik. Məhmətçik əməliyyatlar zamanı dinc, günahsız insanlara, tarixi, dini, mədəni strukturlara və ətraf mühitə zərər verməmək üçün heç bir ölkə ordusunun göstərmədiyi bir həssaslığa sahibdir. Tək hədəfimiz terrorçulardır. Hər kəs bilməlidir ki, bizim bundan başqa məqsədimiz yoxdur. Biz İraq və Suriya başda olmaqla bütün qonşularımızın sərhədlərinə və suverenlik hüquqlarına hörmət edirik.", - deyə Akar bildirib.

" Terrorçuların Türk ədalətinə sığınmaqdan başqa çarələri yoxdur. Məhmətçik tərəfindən 540-dan çox sığınacaq və mağara təmizləndi, terrorçuların yerləşdirdiyi 1808 mina və əl istehsalı partlayıcı məhv edildi. İndiyədək 429 terrorçu zərərsizləşdirilib. Zap bölgəsini terrorçulardan təmizləyəcəyik və bununla da bütün sərhədlərimizi bağlayacağıq", - deyə Akar vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


 



  • 3-11-2022, 13:38