AZ   |   RU
Nizami rayonu 220 və 62 saylı məktəblərdə şəhidlərin xatirəsi əbədiləşdirilir – Tamamlanma işlərinə baxış keçirilib – FOTOLAR
 
Bu gün Nizami rayonu İcra Hakimiyyətinin Şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları ilə İşin Təşkili Şöbəsinin müdiri Rüstəm Bayramov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev və Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar Nizami rayonu 220 və 62 saylı məktəblərində Missiya Media Qrupunun da dəstəyi ilə ərsəyə gətirilən şəhidlərin xatirə guşələrində son tamamlama işlərinin gedişatı ilə tanış olublar.
 
Missiya.Az xəbər verir ki, hər iki məktəbin rəhbərliyinin də iştirakı ilə açılış mərasimlərinin təşkilinə dair müzakirə aparılıb.
 
Qeyd edək ki, Nizami rayonu İcra Hakimiyyəti şəhid ailələri və qaziləri narahat edən məsələlərin həllinə xüsusi diqqət göstərir. Rayonda şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə sistemli iş aparılır. Bu prosesdə Missiya Media Qrupu olaraq biz də yaxından iştirak etməyə çalışırıq. Bu işlərdə iştirakımız Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyi - TAİB-in təsisçisi Ramin Ahmedovun təsdiq etdiyi sosial layihələr üzə xüsusi proqram çərçivəsindədir.


 
   



  • 12-04-2022, 15:17