AZ   |   RU
Çin digər ölkələrə 1 milyard doza koronavirus vaksini göndərib

Çin hakimiyyəti digər ölkələrə koronavirus infeksiyasına qarşı 1 milyard doza vaksin təqdim edib.

Missiya.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Çjen Çjunvey məlumat verib.

“İlin sonunadək daha 2 milyard doza göndərməyə zəmanət veririk”, - o deyib.

Onun sözlərinə görə, bu il Çinin vaksin istehsalı 5 milyard dozanı ötəcək. Dövlət komitəsinin nümayəndəsi ölkənin pandemiya ilə uğurla mübarizə apardığını bildirib.

O qeyd edib ki, Çin 2 milyard doza ilə əhaliyə vurulmuş doza sayına görə dünyada birinci yeri tutur.


  • 3-09-2021, 17:38