AZ   |   RU
Rusiya XİN: "Əfqanıstanla bağlı Britaniya ilə əməkdaşlığa hazırıq"

Rusiya Xarici İşlər Nazirliyi ölkəsinin Əfqanıstan mövzusunda Böyük Britaniya ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Missiya.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

"Rəsmi London hansı ölçüdə əməkdaşlığa hazırdırsa, Rusiya da Əfqanıstanla bağlı o səviyyədə Böyük Britaniya ilə əməkdaşlığa hazırdır", - məlumatda qeyd edilib.

Bildirilib ki, həmçinin vaksin sertifikatlarının tanınması məsələsi müzakirə mövzusudur.


  • 30-08-2021, 13:38