AZ   |   RU
Türkiyədə avtobus dərəyə yuvarlanıb

Türkiyənin Mersin şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Missiya.Az
“TRT Haber”ə istinadən xəbər verir ki, şəhərin Silifke bölgəsində sərnişin avtobusu dərəyə yuvarlanıb.

Bildirilib ki, Antalyadan Qaziantep şəhərinə gedən avtobusun qəzaya uğraması nəticəsində 33 nəfər yaralanıb.

Əraziyə təcili yardım və jandarm cəlb edilib.

  • 23-08-2021, 10:54