Dünyanın aparıcı kriptovalyutası - bitkoinin qiyməti mayın 15-dən bu yana ilk dəfə 50 min ABŞ dollarını keçib.
Missiya.Az xəbər verir ki, kriptovalyuta son
24 saat ərzində
2,43 %, son
7 gün ərzində isə
5,8 % bahalaşıb
50 297 dollara çatıb. Nəticədə onun kapitallaşması 946,7 milyard dolları keçib.
Kapitallaşmaya görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada
3,09 % artaraq
3 331 ABŞ dolları olub. İlk onluqda qərarlaşan altkoinlərdən ən böyük artım isə “Cardano”da olub.
Kriptovalyuta bazarının toplam dəyəri isə
2,157 trilyon ABŞ dollara çatıb.
"СoinМarketСap"in Bakı vaxtı ilə saat 9:50-yə olan məlumatları aşağıdakı kimidir.