AZ   |   RU
Britaniyada son sutkada 27 mindən çox insan COVID-19-a yoluxub

Böyük Britaniyada son gün ərzində 27 min 334 nəfərə COVID-19 koronavirus infeksiyası diaqnozu qoyulub.

Missiya.Az xəbər verir ki, bu barədə İngiltərə hökumətinin məlumat yayıb.

Bildirilir ki, ölkədə qeydə alınan ümumi hadisələrin sayı 4.9 milyonu ötür.

Ölkədə hər gün 9 nəfər, ümumilikdə 128 mindən çox insan koronavirusdan dünyasını dəyişib


  • 6-07-2021, 10:03