AZ   |   RU
II Yelizaveta taxtdan mümkün imtinasının 2 səbəbini açıqlayıb

Birləşmiş Krallığın ən yaşlı monarxı olan 95 yaşlı kraliça II Yelizaveta taxtdan mümkün imtinasının səbəblərini açıqlayıb.

Missiya.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə “Daily Star” nəşri kral bioqrafı Metyu Dennisona istinadən məlumat yayıb.

“O, xalası qızı Marqaret Roudsa demişdi ki, alzheymerə yoluxmasa və ya insult keçirməsə, taxtdan əl çəkmək barədə düşünməz”, - Dennison yazır.

“Kraliça sağlamdır və əgər bəxtimiz gətirsə, o hələ uzun müddət kraliça olaraq qalacaq”, - digər kral tarixçisi Hyuqo Vikers deyib.

Qeyd edək ki, son bir neçə ayda Birləşmiş Krallıqda bu məsələ artıq neçənci dəfədir qaldırılır. Belə ki, bu yaxınlarda Şahzadə Filipp vəfat etdikdən sonra bəzilərində II Yelizavetanın taxtdan imtina edə biləcəyi ilə bağlı şübhələr yaranıb.


  • 14-06-2021, 21:20