AZ   |   RU
Kraliça Yelizaveta, Ərdoğan, Putin, Nato Sammiti… - Baydenin səfər cədvəli

ABŞ Prezidenti Baydenin bu günnən başlayan turunun ilk dayanacağı İngiltərə olacaq.

Missiya.Az
xəbər verir ki, Bayden, Baş nazir Boris Johnson və İngiltərə kraliçası II Yelizabet ilə görüşəcək və 11-13 iyun tarixləri arasında G7 Sammitində iştirak edəcək.

Bayden İngiltərədən sonra 13 iyun tarixində Belçikanın paytaxtı Brüsselə gedəcək. O, iyunun 14-də NATO Zirvəsinə qatılacaq və elə orada da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk dəfə üz-üzə görüşəcək. Görüşdə ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.

Bayden, iyunun 15-də Brüsseldə keçiriləcək ABŞ-AB Sammitində iştirak edəcək və bir gün sonra İsveçrənin Cenevrə Şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.






  • 10-06-2021, 17:20