AZ   |   RU
Fransanın Ədliyyə naziri deputatı təhqir edib


Fransanın ədliyyə naziri Erik Dupond-Morettinin onu tənqid edən deputatı təhqir etməsi parlamentdə gərginliyin artmasına səbəb olub.

Missiya.Az
xarici KİV-ə istinadən xəbər verir ki, Milli Assambleyada məişət zorakılığının müzakirə olunduğu sessiyada çıxış edən Respublikaçılar Parlament Qrupunun sədri, deputat Olivier Marleix Ədliyyə naziri Dupond-Morettinin qadınlara qarşı zorakılıq və korrupsiya ilə bağlı hesabatını tənqid edib.

Ədliyyə naziri isə onu tənqid edən deputatı təhqir edib və Respublikaçıların millət vəkili Patrik Hetzel belə mənfi hərəkətin qəbuledilməz olduğunu bildirib.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 9-03-2023, 16:46