AZ   |   RU
“Ukraynanın Aİ-yə qəbul prosesi sürətli olmayacaq” – Puşkov


“Ukraynanın Avropa İttifaqına daxil olması üçün sürətləndirilmiş proses olmayacaq”. 

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, bu barədə rusiyalı senator Aleksey Puşkov öz Telegram kanalında yazıb.

O, əlavə edib ki, həmrəylik və dəstək başqa, üzvlük isə başqa şeydir.

"Ukraynanın ÜDM-i elə səviyyəyə düşüb ki, bütün Aİ onu ən azı 2020-ci il səviyyəsinə qaytarmaq üçün bir neçə il işləməli olacaq", - Puşkov bildirib.

Senator qeyd edib ki,  Ukraynanın Avropa İttifaqına qəbulunun sürətləndirilməsi məsələsinin gündəmə gətirilməsi cəmiyyət daxilində fikir ayrılıqlarına səbəb olur.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 3-02-2023, 17:12