AZ   |   RU
MDB Hökumət Başçıları Şurasının növbəti iclası Soçidə olacaq


MDB Hökumət Başçıları Şurasının növbəti iclası bu ilin iyun ayında Soçidə keçiriləcək.

Missiya.Az
xəbər verir ki, Rusiya hökumətinin sədri Mixail Mişustin Qazaxıstanda keçirilən forumda çıxışı zamanı MDB Hökumət Başçıları Şurası ilə yanaşı, Avrasiya Hökumətlərarası Şurası və Avrasiya Konqresinin də təşkil olunacağını söyləyib.

O qeyd edib ki, həmin günlər keçirilməsi nəzərdə tutulmuş “Avrasiya bizim evimizdir” sərgisində Avrasiya İqtisadi Birliyinə daxil olan beş ölkə, habelə tərəfdaş dövlətlərin nailiyyətləri nümayiş etdiriləcək.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 3-02-2023, 15:42