AZ   |   RU
ABŞ-da buz fırtınası nəticəsində on nəfər ölüb

ABŞ-ın cənubunda baş verən buz fırtınası nəticəsində on nəfər həlak olub.

Missiya.Az
ABŞ kiv-nə istinadən  xəbər verir ki, güclü buz fırtınası nəticəsində dörd ştatda yarım milyondan çox ev təsərrüfatında elektrik enerjisi kəsilib.

Məlumata görə, buz və sulu qar ölkə ştatlarına dörd günlük kəskin soyuq və şaxta gətirib və ölkənin şimal ştatlarında havanın temperaturunun bəzi yerlərdə sıfırdan aşağı düşəcəyi gözlənilir.

Leyla Səməndər
Missiya.Az


  • 3-02-2023, 12:45