AZ   |   RU
Avstriya Prezidenti və Almaniya Parlamentinin vitse-prezidenti Ukraynada səfərdədir


Avstriya Prezidenti və Almaniya parlamentinin vitse-prezidenti Ukraynaya səfər ediblər.


Missiya.Az
xəbər verir ki, bu barədə Avropalı rəsmilər "Twitter" hesablarında bildiriblər.

Müharibə cinayətlərinin törədildiyi Buçaya səfər edən Avstriya Prezidenti Aleksander Van der Bellen: "Bu dəhşətli işğalçı müharibənin məhv etdiyi hər bir həyat üçün yas tuturam. İnsanlığa qarşı, müdafiə etdiyimiz hər şeyə qarşı törədilən bu cinayətlər unudulmamalı və cəzasız qalmamalıdır",- deyə paylaşımında bildirib.

Almaniya Parlamentinin vitse-prezidenti Katrin Göring -Ekardt isə paylaşımında bildirib ki, o, bir neçə gün Ukraynada səfərdə olacaq və ölkədəki yenidənqurma işləri humanitar vəziyyətlə bağlı ətraflı öyrənəcək.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 1-02-2023, 15:55