AZ   |   RU
Son 10 ildə Fransada evsizlərin sayı artıb


Fransada ev kirayələrinin artması səbəbindən mənzil problemi yaşayanların sayının 4 milyonu keçdiyi, evsizlərin sayının isə 330 minə yüksəldiyi bildirilib.

Missiya.Az
xarici mediaya istinadən xəbər verir ki, ölkədə  fəaliyyət göstərən “Abbe Pierre” Fondu 2022-ci ildə ölkədə mənzil problemlərinə dair illik hesabatını dərc edib.

Hesabatda qeyd olunub ki, ötən il ölkədə 4,15 milyon insan mənzil problemi ilə mübarizə aparır.

Onlardan 200 mini təcili şəraitdə, 110 mini müvəqqəti sığınacaqlarda, 27 mini isə küçələrdə, metrolarda, çadırlarda və ya avtomobillərdə yatmağa məcburdur.

Küçələrdə qadın və uşaqların sayının artması isə narahatlığa səbəb olub.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 1-02-2023, 13:24