AZ   |   RU
Ukrayna Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu pislədi


Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu pisləyib.

Missiya.Az
xəbər verir ki, Oleq Nikolenko bu barədə öz tviter səhifəsində yazıb. 

"Ukrayna Azərbaycanın Tehrandakı səfirliyinə bu gün təhlükəsizlik işçilərindən birinin ölümü və bir neçəsinin yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyir. Hadisə qurbanının yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik", - deyə Nikolenko əlavə edib. 

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 27-01-2023, 17:15