AZ   |   RU
Ərdoğan: “Qurani-Kərim”in yandırılmasına icazə verənlər NATO-ya üzvlükdə bizdən yaxşılıq gözləməsin”

“İsveçdəki səfirliyimiz qarşısında “Qurani-Kərim”in yandırılmasına icazə verənlər NATO-ya üzvlük məsələsində bizdən yaxşılıq gözləməsin”.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

O, bu addımın bəşəriyyətə qarşı bir təhqir olduğunu qeyd edib.

“Terror təşkilatlarının üzvlərinə küçələrinizdə dolaşacaq və ondan sonra NATO-ya daxil olmaq məsələsində dəstək istəyəcəksiniz. Belə bir şey ola bilməz. Bunu bizdən gözləməyin. Məgər terror təşkilatları və islam düşmənlərini bu qədər sevib, qoruyursunuz? Bu halda ölkənizin müdafiəsini də onlara həvalə edin”, - deyə Ərdoğan vurğulayıb.

  • 23-01-2023, 20:36