AZ   |   RU
NATO Rumıniyaya AWACS kəşfiyyat təyyarələri göndərir

NATO Rusiyanın hərbi hava fəaliyyətini izləmək üçün Rumıniyaya AWACS kimi tanınan havadan erkən xəbərdarlıq təyyarəsi göndərməyə hazırlaşır.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə NATO-nun yaydığı bəyanatında qeyd olunub. 

Məlumata görə, AWACS təyyarələri yanvarın 17-də Rumıniyaya çatacaq. 

Təyyarələr NATO-nun bölgədəki mövcudluğunu gücləndirmək və Rusiya Hərbi Hava Qüvvələrinin hərbi fəaliyyətinə nəzarət etmək üçün istifadə olunacaq.

LEYLA SƏMƏNDƏR
Missiya.Az


  • 13-01-2023, 17:54