AZ   |   RU
İtaliyada Ukraynanın bərpasına dair konfrans keçiriləcək

“İtaliyada Ukraynanın bərpasına dair konfrans təşkil olunacaq”.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Kiyevdə səfərdə olan “Made in Italy” müəssisələr və məhsullar naziri Adolf Urso bəyan edib.

Onun sözlərinə görə, hər iki ölkənin hakimiyyət və müəssisə nümayəndələrinin iştirakı baş tutacaq konfrans mart ayında keçiriləcək.

Qeyd olunub ki, Urso Kiyevdə keçirdiyi görüşlərdə humanitar yardım məsələlərinə, generatorların göndərilməsi də daxil olmaqla, ölkədəki enerji böhranının təsirlərinin yumşaldılmasına yönəlmiş məsələlərə toxunub.

Zərintac MAYİSQIZI
Missiya.Az


  • 13-01-2023, 16:24