AZ   |   RU
İsveç Baş nazirinin PKK tərəfdarlarına reaksiyası

Baş nazir Ulf Kristersson PKK-nın paytaxt Stokholmda keçirdiyi aksiyanı İsveçin NATO-ya üzvlük müraciətinə qarşı "təxribat" kimi qiymətləndirib.
 
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, bu barədə İsveçin baş naziri Ulf Kristersson ölkəsinin TV4 kanalına verdiyi yazılı açıqlamada bildirib. 
 
İsveç Baş naziriterror təşkilatı PKK/YPG tərəfdarının prezident Rəcəb Tayyib Ərdoğana bənzədilmiş cansız manekeninin binanın qarşısında dirəyə asmaq üçün bələdiyyə binasının qarşısına toplaşmasına reaksiya verib.
 
Kristersson, "İsveçin NATO-ya üzvlük müraciətinə qarşı təxribat olaraq hazırlandığını deyə bilərəm. Bu, İsveçin təhlükəsizliyi üçün təhlükəli bir vəziyyətdir" deyib.
 
Aqil Musa
Missiya.Az

  • 13-01-2023, 15:10