AZ   |   RU
Dövlət Baxçalı azərbaycanlı qazilərə hədiyyə verib - FOTOLAR


Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Azərbaycanın Vətən müharibəsi qazilərini qəbul edərək, onlara MHP-nin rəmzi olan “Boz qurd” nişanı hədiyyə edib.

Missiya.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə MHP-nin sədr müavini, türkiyəli millət vəkili Kamil Aydın da özünün tviterdəki səhifəsində məlumat yayıb.

“Qarabağda 30 illik erməni işğalını 44 gündə başa vuran azərbaycanlı qazilərimizi rəhbərimizin himayəsi ilə qərargahımızda qonaq etdik. Boz qurd ürəkli qazilərimizə qızılı boz qurd döş nişanı verən liderimizə veteranlarımız adından minnətdarlığımı bildirirəm”, - məlumatda bildirilib.

Zərintac Mayisqızı 
Missiya.Az




  • 12-01-2023, 11:18