AZ   |   RU
Pele ilə vida mərasimi keçirilir - FOTOLAR
Braziliyanın “Santos” klubunun stadionunda onun ən məşhur futbolçusu, "futbol kralı" Pele ilə vida mərasimi keçirilir.

Missiya.Az xəbər verir ki, üçqat dünya çempionu ilə vidalaşmaq istəyən çox sayda insan stadionun ətrafında sıxlıq yaradıb. Arenaya bitişik bütün küçə və yollar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb, stadion və ətrafda yerli və xarici telekanalların çoxlu çəkiliş qrupları işləyir.

Qeyd edək ki, Braziliyada “futbol kralı”nın şərəfinə üç günlük matəm elan edilib.
 

  • 2-01-2023, 22:06