AZ   |   RU
Rusiyanın nüvə hücumu riski hələlik azalıb- Şolts

Almaniya kansleri Moskvanın nüvə silahından istifadə ilə təhdidini dayandırdığını bildirib.
 
Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki,  Almaniya kansleri Olaf Şolts Rusiyanın nüvə silahından istifadə riskinin “hələlik” azaldığını düşünür.

Dərin fikir ayrılıqlarına baxmayaraq, Kremllə dialoqun davam etdirilməsinin vacib olduğunu bildirən Şolts sözlərini belə davam edib "Biz Rusiya ilə NATO arasında birbaşa müharibənin qarşısını almaq üçün əlimizdən gələni edirik. Belə bir münaqişənin ancaq uduzanları olacaq" deyə bildirib.

Almaniya Kanslerinə görə  Putin müharibəni dayandırdıqdan sonra Rusiya ilə müharibədən əvvəl təklif edilən Avropada silahlara nəzarət məsələsi ilə bağlı danışıqlara  başlamaq olar.
 
Kiyevə verdikləri dəstəyi müdafiə edən Almaniyanın baş naziri əlavə edib ki, onlar Ukraynanın ən böyük dəstəkçilərindəndirlər.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin nüvə müharibəsi təhlükəsinin artdığını vurğulayaraq "İlk növbədə, biz dinc vasitələrə diqqət yetirəcəyik. Nəticə verməsə isə əlimizdə olan bütün vasitələrlə özümüzü müdafiə edəcəyik” demişdir.
 
Aqil Musa
Missiya.Az

  • 8-12-2022, 12:09