AZ   |   RU
Türkiyə neft tədarükünün kəsilməsinə görə məsuliyyət daşıyır- Qərb rəsmiləri
Türkiyənin müvafiq orqanları boğazlardan keçən gəmilərin tam sığortalanıb-sığortalanmadığını sübut etməyi tələb edir. Qərb səlahiyyətliləri isə Türkiyənin məsuliyyət daşıdığı iddia edir.

Missiya.Az “Financial Times”a istinadən xəbər verir ki, qəzet Qərb rəsmilərinin Türkiyəni neft tədarükünün kəsilməsinə görə məsuliyyət daşıdığını bildirir.

Ankarada sığorta ilə bağlı narahatlıqlara görə ən azı 22 xam neft tankerinin ölkə sularından keçməsinin dayandırıldığı bildirilib.
Sığortasız gəmilərin risk yaratdığını yazan nəşrdə sığortalanmayan gəmilərin tavan qiymət tətbiqindən sonra risklərin artırdığına diqqət çəkilib.

Eyni xəbərdə, "Türk Boğazlarından keçən bütün xam neft tankerlərindən neft dağılmaları və toqquşma kimi hadisələri əhatə edən etibarlı sığortaya malik olduqlarını sübut etmələri tələb olunur" deyə paylaşılıb.
 
Aqil Musa
Missiya.Az
 

  • 8-12-2022, 11:55