AZ   |   RU
Aİ-dən Rusiyaya qarşı 9-cu sanksiyalar paketi hazırlanır
Sanksiya siyahısına 200-ə yaxın şəxs və qurumun və 3 Rusiya bankının əlavə edilməsi, ikili təyinatlı məhsulların ixracına qadağa qoyulması və mədən investisiyalarının qadağan edilməsi qərara alınıb.
 
Missiya.Az  xarici KİV-nə istinadən xəbər verir ki,Avropa İttifaqı Komissiyasının sədri Ursula fon fer Lyayen sosial media hesabında Rusiyaya qarşı həyata keçirilməsi planlaşdırılan 9-cu sanksiyalar paketinin təfərrüatları ilə bağlı video paylaşıb.

Rusiyanın Ukraynaya ölüm və dağıntı gətirməyə davam etdiyini bildirən Lyayen, Rusiyanın qış dövründə dinc əhalini və infrastrukturu hədəfə alaraq Ukraynanı qəsdən iflic vəziyyətinə salmağa çalışdığını bildirib.

Rusiyaya təzyiqlərin artırdıqlarını qeyd edən Lyayen "İndiyə qədər tətbiq etdiyimiz 8 sanksiya paketi Rusiyaya zərər verdi" deyə bildirib.

AB-nin sanksiya siyahısına daha 200-ə yaxın şəxs və təşkilatı əlavə etməyi təklif etdiklərini bildirən Lyayen, siyahıya silahlı qüvvələrdəki zabitlər, Duma və Federasiya Şurasının üzvləri, nazirlər və çoxlu siyasətçilərin daxil olduğunu bildirib.
 
Həmçinin Rusiya Regional İnkişaf Bankına tam əməliyyat qadağası qoyacaqlarını qeyd edən Lyayen daha 3 Rusiya bankına sanksiya tətbiq etməyi təklif etdiklərini bildirib. 

Aİ Komissiyasının sədri “Məqsədlərinin Rusiya prezidenti Vladimir Putinin maliyyə imkanlarını kəsməkdir” deyib.

Rusiyanın hər cür dron və dronlara çıxışını kəsəcəklərini ifadə edən Lyayen PUA mühərriklərinin Rusiyaya və bu məhsulları Rusiyaya tədarük edə biləcək İran kimi üçüncü ölkələrə ixracını qadağan edəcəklərini bildirib.
 
Qeyd edək ki, Komissiyanın təklifinin qüvvəyə minməsi üçün Aİ üzv dövlətləri tərəfindən təsdiqlənməlidir.

Aqil Musa
Missiya.Az

  • 8-12-2022, 11:09