AZ   |   RU
ABŞ-dan F-16-larla bağlı şərh- Türkiyənin müdafiə ehtiyaclarını qarşılamağa hazırıq

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays müdafiə büdcəsinin yekun mətnindən F-16-ların Türkiyəyə satışını məhdudlaşdıran bəndlərin çıxarılması ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Missiya.Az
Türkiyə KİV-nə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays, ABŞ-ın  NATO-nun mühüm müttəfiqi olan Türkiyənin müdafiə  ehtiyaclarını qarşılamağa hazır olduğunu bildirib.

O, "Türkiyə NATO-nun mühüm müttəfiqidir, mühüm təhlükəsizlik tərəfdaşıdır. Biz müdafiə imkanlarımızı inteqrasiya etmək və Türkiyənin üzləşdiyi nəhəng təhdidlərlə mübarizə aparmaq üçün lazım olanı təmin etmək istəyirik” deyə qeyd edib.

Yunan jurnalistin"Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən Yunanıstana hücum edəcəklərini söylədi. Buna icazə verəcəksinizmi?" iddiasına cavab olaraq Prays, "NATO müttəfiqlərimiz arasında istənilən mübahisənin diplomatik yolla həllini istəyirik. Yunanıstan da Türkiyə də mühüm müttəfiqdir" cavabını verib.

Aqil Musa
Missiya.Az


  • 8-12-2022, 10:39