AZ   |   RU
Etirazlarçılar dinlənilməlidir- Rəisi

“Etirazlara qulaq asmaq lazımdır. Etiraz konstruktivdir, üsyan dağıdıcıdır" 
 
Missiya.Az “İRNA”-ya istinadən xəbər verir ki, bu sözləri İran prezidenti İbrahim Rəisi Tələbə Günü münasibətilə Tehran Universitetində keçirilən proqramda çıxışı zamanı deyib.
 
Rəisi “Bu gün diktator deyirlər, diktator kimdir? ABŞ qətiyyən güclü İran istəməz. Onlar işğal etdikləri Əfqanıstan, Suriya və Liviya kimi ölkələr istəyirlər. İran xalqı ABŞ-a bunu həyata keçirmək imkanı verməyəcək” deyə bildirib.
 
Etiraz və üsyan arasında fərq olduğunu deyən Rəisi, " Etirazçılar konstruktiv, üsyan isə dağıdıcıdır. Etirazlara qulaq asmaq lazımdır " deyib.
 
Rəisi İranda inflyasiyanın azalacağını və insanların vəziyyətinin dəyişəcəyini müdafiə edib.

Aqil Musa
Missiya.Az

  • 7-12-2022, 16:10