AZ   |   RU
Vladimir Putinin xüsusi nümayəndəsi sabah Türkiyəyə gedəcək

Rusiya Prezidenti Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin rəhbərlik etdiyi nümayəndə heyəti sabah Türkiyəyə gedəcək.

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremldən bilidirilib.

Səfərin detalları və məqsədi hələ məlum deyil.

Səfər çərçivəsində A.Lavrentyevin Türkiyənin bir sıra rəsmi şəxsləri ilə görüşü nəzərdə tutulur.

Görüşlər zamanı Suriyadakı durumun müzakirə ediləcəyi gözlənilir.

Teymur Aslanov
Missiya.Az

  • 7-12-2022, 12:50